
“Tottenhem” hücumçusunu itirdi
İngiltərənin “Tottenhem” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Stiven Berqveyn sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərə Premyer Liqasının 29-cu turunun “Bernli” ilə matçında (1:1) zədələnən hücumçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Berqveynin sağalma müddəti tibbi müayinədən sonra açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin