Premyer Liqa klubu milli üzvüylə “nikah təzələdi”
İngiltərənin “Şeffild Yunayted” klubu futbolçusu Con Flekin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2016-cı ildən “Şeffild Yunayted”də forma geyinən Flek, bu mövsüm Premyer Liqada 24 oyunda 5 qol vurub. Yarımmüdafiəçi Şotlandiya millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin