İngiltərə klubunda 22 yaşlı yeni rəhbər

İngiltərənin “Sanderlend” klubunun sahibi dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə “qara pişik”lərin mətbuat xidməti məlumat yayıb. “Sanderlend”in hazırkı sahibi Styuart Donald klubun səhmlərini Kril Luis-Dreyfusa satmağa razı olub.

22 yaşlı milyarder yanvarın 1-dən klubun yeni sahibi və prezidenti elan ediləcək.

Kril Luis-Dreyfus biznesmen Robert Luis-Dreyfusun oğludur. Robert, “Adidas” şirkətinin və Fransanın “Marsel” klubunun səhmlərinin bir hissəsinin sahibidir.

“Sanderlend” klubu İngiltərə 1-ci liqasında mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button