
Premyer Liqa klubunun 3 futbolçusu koronavirusa yoluxdu
İngiltərənin “Nyukasl” klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus “Sky Sports”a açıqlamasında deyib. O, 3 futbolçunun və məşqçilər korpusundan 1 nəfərin koronavirusa yoluxduğunu bildirib.
Koronavirusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
“Nyukasl” İngiltərə Premyer Liqasında 10 turdan sonra 14 xalla 10-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin