
İngiltərə klubunda baş məşqçi dəyişikliyi
İngiltərənin “Nottingem Forest” klubu baş məşqçisi Martin O Nillə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çempionşip təmsilçisində O Nilin ayrılığından sonra boş qalan baş məşqçi postuna Sabri Lyamuşi gətirilib. Tunisli mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Lyamuşinin son iş yeri Fransanın “Renn” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin