Premyer Liqanı tərk etsələr, maaşları azaldılacaq

İngiltərənin “Norviç” klubu Premyer Liqayla vidalaşsa, futbolçuların məvacibləri azaldılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. “Norviç” Premyer Liqanı tərk edəcəyi halda, futbolçuların məvacibləri 50 faiz azaldılacaq. Bununla bağlı hər oyunçunun müqaviləsində maddə var. Digər klublarda bu məbləğ 20-40 faizdirsə, “Norviç”də 50 faizdir.

Komanda Premyer Liqada sona 4 tur qalmış 21 xalla sonuncu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button