Dünyanın xoşbəxti mənəm, dünyada…
İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ole-Qunnar Sulşer yeni transferləri Rafael Varan haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, norveçli mütəxəssis, fransalı müdafiəçinin keçidinə görə çox xoşbəxt olduğunu deyib:
“Artıq əlimdə möhtəşəm müdafiəçilər var. Varanı heyətimizə qatdığımız üçün çox xoşbəxtəm. O, futbolçu kimi ən formada olduğu yaşdadır və bizimlədir. Harri Maquayr, Viktor Lindelöf və Varan komandaya çox fayda verəcək.
İllərdir Varanı izləyirdik. Artıq müdafiədə daha çox alternativimiz var. Aleks Ferqyuson da onu komandaya dəvət etmişdi. Varanın gəlişi ilə meydanda fərqli oyunlar oynaya biləcəyik”.
“Mançester Yunayted” “Real” klubunun müdafiəçisi Rafael Varanı transfer edib. Futbolçu ən qısa zamanda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacaq. Amma tərəflərin neçə illik anlaşdığı məlum deyil.
Rafael Varan 2011-ci ildən “Real”da çıxış edirdi. 28 yaşlı futbolçu Fransa millisində 79 matça çıxıb, 5 qola imza atıb.
Bizi Facebook-da izləyin