Fernandesin Azərbaycanla oyunda iştirak etməsini istəmir – Sulşer

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Bruno Fernandesi Portuqaliya yığmasının düşərgəsinə buraxmaq istəmir.

Komanda.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis, “Manchester Evening News” saytına açıqlamasında deyib:

“Hələ bu barədə tam danışmamışıq, lakin 10 günlük karantində qalacağı üçün futbolçumuzu itirməyimiz mənasızdır. Futbolçunun pulunu verən bizik. Fernandesin növbəti oyunlarımıza hazır olmasını istəyirik”.

Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan yığmasına qarşı keçirəcək. Görüş koronavirus pandemiyasına görə İtaliyada – Turin şəhərində oynanılacaq. Portuqaliya – Azərbaycan matçı martın 24-də keçiriləcək.

Portuqaliya yığması Azərbaycan millisindən sonra Serbiya və Lüksemburqla səfərdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button