“Mançester Yunayted”də Sulşerin taleyi məlum oldu

İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi Ole-Qunnar Sulşerə yeni müqavilə təklif olunacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” norveçli mütəxəssisin müddəti 2022-ci ilin yayına qədər olan müqaviləsini daha üç il artırmaq niyyətindədir. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, klub rəhbərliyinin yay transfer pəncərəsi üçün ciddi maliyyə dəstəyi verəcəyi bildirilib.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında mövsümü 2-ci sırada bitirib. “Qırmızı şeytanlar” Avropa Liqasında da gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button