Sulşer onların “Mançester Yunayted”dən ayrılacağını açıqladı

İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusu – Serxio Romero və Markos Roxonun müqaviləsini yeniləməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer yerli mətbuata açıqlamasında deyib.

Norveçli mütəxəssis, hər iki futbolçu ilə müqaviləni yeniləməyəcəklərini və onlara klub axtardıqlarını bildirib. Roxo və Romeronun yaxın zamanda Premyer Liqa klubundan ayrılacağı gözlənilir. Hər iki futbolçu ilə “Boka Xuniors” klubu yaxından maraqlanır.

Roxo və Romeronun “Mançester Yunayted”lə sözləşməsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button