“Mançester Yunayted” kapitanını itirdi
İngiltərənin “Mançester Yunayted” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. O, kapitanın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Maquayr Premyer Liqanın 6-cı turunun “Aston Villa” ilə ev oyununda (0:1) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin