İngilislər üçün uğursuz il
İngiltərənin “Mançester Yunayted” klubu Avropa Liqasının yarımfinalında “Sevilya”ya uduzaraq (1:2), turnirlə vidalaşıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da, Premyer Liqa klublarının bu mövsüm avrokuboklardakı son iştirakçısı da mübarizəni dayandırıb. Sonuncu dəfə 5 il əvvəl – 2014/15 mövsümündə İngiltərənin heç bir klubu avrokubokların finallarında iştirak edə bilməmişdi.
Həmin mövsümdə Avroliqanı “Sevilya”, Çempionlar Liqasını isə “Barselona” qazanmışdı.
İngiltərə Premyer Liqa təmsilçilərindən bu mövsüm ÇL-də “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Tottenhem”, AL-də isə “Arsenal”, “Vulverhempton”, “Mançester Yunayted” klubları iştirak edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin