Qvardiola Çempionlar Liqasının yeni formatını bəyənməyib
İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yeni formatı haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, yeni formatdan narazı olduğunu bildirib:
“UEFA və FİFA-dan 365 gün olan bir ili 400 gün etməsini istəyirik. Bəlkə, bu, daha çox oynamaq üçün problemsiz olar. Hər kəs futbolda keyfiyyətin artmasını istəyir. Ancaq niyəsə UEFA kəmiyyətin artmasını istəyir”.
Çempionlar Liqasında 2024-cü ildən tətbiq ediləcək formata əsasən, turnirdə 36 komanda iştirak edəcək. Yeni formata əsasən,18 komanda 2 qrupa ayrılacaq və qruplarda hər komanda 5 ev və 5 səfər matçı keçirəcək. 10 oyunun nəticəsinə əsasən turnir cədvəli müəyyənləşdiriləcək. İlk 8 yerin sahibi növbəti mərhələyə yüksələcək. Digər 8 komanda arasında pley-off oyunları keçiriləcək. Qaliblər növbəti mərhələyə yüksələcək, məğlub olanlar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Bizi Facebook-da izləyin