“Mançester Siti”də braziliyalı hücumçu – rəsmi

İngiltərənin “Mançester Siti” klubu yeni futbolçu ilə güclənib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Fluminense”dən Kaukunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Mançester Siti” braziliyalı futbolçu üçün 12 milyon avro ödəyib. Kauku 2022-ci ilin yanvarında yeni komandasına qoşulacaq. “Mançester Siti” hücumçunun növbəti satışından “Fluminense”yə 5 faizlik pay verəcək.

Bu mövsüm “Fluminense” ilə 9 oyuna çıxan Kauku, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button