“Mançester Siti” onun maaşını artıracaq
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Bernardo Silva ilə müqaviləni yeniləməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “şəhərlilər” portuqaliyalı hücumçunun çıxışından razıdır və onunla daha yaxşı şərtlərlə yeni sözləşmə imzalamaq istəyir.
Silva yeni müqavilə ilə həftəlik 350 min avroya yaxın məvacib ala bilər. Tərəflər arasında danışıqlar davam edir.
2017-ci ilin yayından “Mançester Siti”də çıxış edən Silvanın klubla müqaviləsi 2025-ci ilin iyuluna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin