“Mançester Siti”də kubok oyunundan əvvəl ciddi itki
İngiltərənin “Mançester Siti” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi İlkay Gündoğan sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola “Sky Sports” telekanalına açıqlamasında deyib. O, İlkayın zədələndiyini və kubok oyununda iştirak etməyəcəyini bildirib.
“Mançester Siti” İngiltərə Liqa kubokunun 3-cü turunda “Uikomb”la qarşılaşacaq. Oyun saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin