
MS-də itki – “Tottenhem”lə matçı buraxacaq
İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Fil Foden sıradan çıxıb. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Foden zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Premyer Liqanın ilk turunun “Tottenhem”lə matçını buraxacaq. Oyun avqustun 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin