“Liverpul” bunu da yaşadı – 129 ildə ilk dəfə
İngiltərənin “Liverpul” komandası Premyer Liqanın 29-cu turunda doğma meydanda “Çelsi”yə uduzub – 0:1.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məğlubiyyət Mersisayd təmsilçisi üçün antirekordla əlamətdar olub. Belə ki, “Liverpul” 129 illik klub tarixində ilk dəfə Premyer Liqada doğma meydanda ardıcıl 5 oyunda uduzub.
“Liverpul” “Bernli”yə 0:1, “Brayton”a 0:1, “Mançester Siti”yə 1:4, “Everton”a 0:2 və “Çelsi”yə 0:1 hesabıyla uduzub. Mersisayd təmsilçisi turnir cədvəlində 7-ci sıradadır.
“Liverpul” klubu 1892-ci ildə yaranıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin