“Hillsboro faciəsi”ndən sağ qalan “Liverpul”lu koronavirusdan öldü FOTO
İngiltərənin “Liverpul” klubunun azarkeşi Deyv Ronald vəfat edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı fanat koronavirus pandemiyası səbəbindən dünyasını dəyişib. Ronald, 1989-cu ildə “Hillsboro” stadionunda baş verən faciədə sağ qalmağı bacarmışdı.
1989-cu il, aprelin 15-də “Hilssboro” stadionunda keçirilən “Nottinqem Forest” – “Liverpul” matçı zamanı tribunalar çökmüşdü. Hadisə nəticəsində 96 “Liverpul” azarkeşi vəfat etmişdi.
Hadisədən sonra Ronald tribunaların dağıntıları yaxınlığında oturarkən şəkli şəkilmişdi. Həmin foto hadisəylə bağlı məhşur fotolardan biri idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin