Saşa “Liverpul”un hədəfində

İngiltərənin “Liverpul” klubu yayda heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Ştutqart”dan Saşa Kalayciçlə maraqlanır. Bu barədə “Daily Express” nəşri məlumat yayıb. Xəbərdə, 23 yaşlı hücumçunun da “Liverpul”a keçməyə müsbət yanaşdığı bildirilir.

2019-cu ildən “Ştutqart”da çıxış edən Saşa bu mövsüm Bundesliqada 23 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə edib. Hücumçu Avstriya milli komandasına da dəvət olunur. Saşanın “transfermarkt”da dəyəri 7 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button