“Liverpul” hücumçusuna yeni müqavilə təklif edəcək
İngiltərənin “Liverpul” klubu futbolçusu Sadio Mane ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Mersisayd təmsilçisinin seneqallı hücumçunun sözləşməsinin müddətini 2025-ci ilin yayına qədər artırmaq istədiyi bildirilib.
2016-cı ildən “Liverpul”da çıxış edən Mane Mersisayd təmsilçisi ilə 222 oyunda 99 qol vurub, 43 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin