“Liverpul”da növbəti itki
İngiltərənin “Liverpul” klubu daha bir itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Endryu Robertson sıradan çıxıb.
27 yaşlı müdafiəçi Şotlandiya yığmasının düşərgəsində zədələnib. O, Danimarka ilə keçirilən DÇ-2022-nin seçmə mərhələ matçında (2:0) bud nahiyəsindən zədə alıb.
Robertson Premyer Liqada “Arsenal”, Çempionlar Liqasında isə “Portu” ilə keçiriləcək oyunları buraxa bilər.
“Liverpul”da bundan əvvəl Sadio Mane və Kurtis Cons zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin