
“Liverpul”da növbəti itki
İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Cordan Henderson zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqanın 25-ci turunun “Everton”la matçında (0:2) zədələnən Hendersonun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Liverpul”da Fabinyo, Vircil Van Dayk, Dioqo Jota, Co Qomes, Joel Matip zədəlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin