“İşlədiyim klublarda həmişəlik qalacağımı düşünmüşəm”
İngiltərənin “Lids” komandasının baş məşqçisi Marselo Byelsa açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis, Premyer Liqa klubunda işinə davam etmək istədiyini bildirib:
“İşlədiyim klublarda həmişəlik qalacağımı düşünmüşəm. Hər gün karyeramın qalan hissəsini “Lids”də keçirəcəyimi düşünürəm. Eyni zamanda, bizim işimizə tez-tez kənardan müdaxilə edilir. Məşqçilər işdən çıxarılır, nadir hallarda bir klubda uzun müddət qalırlar”.
Byelsa 2018-ci ilin yayından “Lids”i çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada 11-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin