“Lids”in qapıçısı Premyer Liqanın tarixinə düşdü
İngiltərənin “Lids” klubunun futbolçusu İllan Melye Premyer Liqanın 18-ci turunun təxirə salınmış “Sauthempton”la oyununda (3:0) yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı qapıçı Premyer Liqa tarixində bir mövsümdə ən çox “quru oyun” keçirən ən gənc qolkiper olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Melye bu mövsüm 8 matçda qapısını toxunulmaz saxlayıb.
Melye bu mövsüm ümumilikdə Premyer Liqada 24 oyunda 42 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin