“Lester” 35 milyon avroya futbolçu aldı
İngiltərənin “Lester” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “tülkülər” “Sent-Etyen”dən Uesli Fofananı heyətinə qatıb. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sent-Etyen” 19 yaşlı müdafiəçinin transferi üçün “Lester”lə razılaşdıqlarını bildirib.
İngiltərə mətbuatının xəbərinə görə, “Lester” Fofana üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bu, “Sent-Etyen” tarixinin ən qazanclı satışıdır.
Fofana “Sent-Etyen”lə 30 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin