“Lester”də ciddi itki – əməliyyat olunacaq
İngiltərənin “Lester” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “tülkülər”in yarımmüdafiəçisi Vilfrid Ndidi zədələnib. Bu barədə komandanın baş məşqçisi Brendan Rocers İngiltərə Liqa kubokunun yarımfinalının “Aston Villa” ilə matçından (1:1) əvvəl keçirilən mətbuat konfransında deyib.
O, 23 yaşlı futbolçunun məşqdə zədələndiyini və əməliyyat olunacağını bildirib. Ndidi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun ən tez fevralda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Ndidi bu mövsüm “Lester” formasıyla 23 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin