Mərhum futbolçu üçün 5,3 milyon ödənəcək

“Kardiff Siti” təyyarə qəzasında ölən mərhum futbolçu Emiliano Salanın transferi üçün Fransanın “Nant” klubuna 5,3 milyon funt-sterlinq ödəyəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FİFA qərar verib. “Kardiff Siti” Salanın transfer məbləğini üç dəfəyə ödəməyə və bu ilin fevralında 5 milyon funt-sterlinq verməyə razı olsa da, rəhbərlik sonradan fikrini dəyişib. Bundan sonra “Nant” “Kardiff Siti”dən FİFA-ya şikayət edib.

Sala “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button