Lukman İngiltərənin 2 top-klubunun hədəfindədir

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını İngiltərə Premyer Liqasının top-klublarından birində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” və “Arsenal” nigeriyalı futbolçu ilə maraqlanır. İtaliya klubu forvardın satışından 45-50 milyon avro qazanmaq istəyir.

Lukman son mövsümdə İtaliya A Seriyasında 31 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button