Adı “Fənərbaxça”yla hallanırdı, “Fulhem”lə müqavilə imzaladı
İngiltərənin “Fulhem” komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı Marko Silvaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Silva ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Silvanın son klubu “Everton” olub. 43 yaşlı mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.
Portuqaliyalı mütəxəssisin adı Türkiyənin “Fənərbaxça” klubu ilə hallanırdı.
Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Fulhem” çempionatı 18-ci sırada bitirib və elitayla vidalaşıb. “Fulhem” yeni mövsümdə Çempionşipdə çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin