İngiltərə klubu baş məşqçisi ilə vidalaşdı
İngiltərənin “Fulhem” klubunda baş məşqçi Skott Parkerlə yollar ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Parkerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Fulhem” ötən mövsümdə Premyer Liqanı 18-ci sırada bitirib və elita ilə vidalaşıb. Komanda yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin