Milli komandanın futbolçusu Çempionşipi seçdi
İngiltərənin “Fulhem” klubu futbolçusu Aleksander Mitroviçin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi 24 yaşlı hücumçu ilə müddəti 2024-cü ilə qədər yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Serbiya milli komandasının da formasını geyinən Mitroviçlə Avropanın bir sıra klubları yaxından maraqlanırdı. O, klubun rəsmi saytına açıqlamasında bir çox klubdan təklif aldığını, ancaq “Fulhem”də qalmaq istədiyini deyib.
2018-ci ilin yayından “Fulhem”də çıxış edən Mitroviç, son mövsümdə İngiltərə Premyer Liqasında 11 qol vurub. “Fulhem” geridə qalan mövsümdə Premyer Liqanı 19-cu sırada bitirərək, elitanı tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin