“Everton” Cenk Tosunu icarəyə göndərir
İngiltərənin “Everton” klubunun futbolçusu Cenk Tosun karyerasını Niderlandda davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, türkiyəli hücumçu “Feyenoord”a keçə bilər. Bu barədə Niderland mətbuatı məlumat yayıb. Xəbərdə, 29 yaşlı hücumçunun yanvar ayında satınalma hüququyla birlikdə “Feyenoord”a icarəyə veriləcəyi bildirilib.
Tosun bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin