İngiltərə klubunun kapitanı bıçaqlandı

İngiltərənin “Derbi Kaunti” klubunun futbolçusu Andre Uizdom bıçaqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Çempionşip təmsilçisinin kapitanının küçədə maşınından düşərkən bir nəfər tərəfindən bıçaqlı hücuma məruz qaldığı bildirilib.

27 yaşlı futbolçunu bıçaqlayan şəxs daha sonra ona aid əşyaları da oğurlayıb. Uizdom dərhal xəstəxanaya aparılıb. Futbolçunun durumu yaxşıdır və bir həftəyə evə buraxılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button