“Avropa Liqasının adını dəyişdirib, Unay Emeri qoyacaqlar”
İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel UEFA superkubokunda “Vilyarreal”a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, kuboku qazanmaq üçün hər şey edəcəklərini deyib:
“Mövsümə UEFA superkubokunu qazanaraq başlamaqdan daha yaxşı nə ola bilər? Unay Emeri və “Vilyarreal”a böyük hörmətim var. Yaxın zamanda Avropa Liqasının adını dəyişdirib, Unay Emeri qoyacaqlar (gülür). O, möhtəşəmdir. İtirəcək heç nəyimiz yoxdur. Kuboku qazanmaq üçün hər şey edəcəyik”.
“Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin