Silvanın üsyanı: “Sanki PSJ üçün heç nə etməmişdim”
İngiltərənin “Çelsi” klubunun futbolçusu Tyaqo Silva açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, keçmiş klubu PSJ-nin 35 yaşlı Serxio Ramosla müqavilə imzalamasına münasibət bildirib:
“Ramosa heç bir kinim yoxdur. PSJ ona iki illik müqavilə təklif edəndə, 35 yaşında idi. Mən o yaşda Parisi tərk etdim. Heç kim mənə yeni müqavilə barədə bir şey demədi. Yaşıma görə komandadan göndəriləcəyimi düşündüm. Həqiqətən, bu, məni məyus etdi. Sanki PSJ üçün heç nə etməmişdim”.
Silva 2012-2020-ci illərdə PSJ-də çıxış edib. 36 yaşlı müdafiəçi ötən ilin avqustunda “Çelsi”yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin