Lukaku cərimələndi, üzr istədi
İngiltərənin “Çelsi” klubunda hücumçu Romelu Lukaku cəzalandırılıb.
Komanda.az xəbər verir ki, belçikalı hücumçu yerli mətbuata müsahibəsi zamanı klubun imicinə zərər gətirdiyi üçün rəhbərlik tərəfindən 500 min avro məbləğində cərimələnib.
Lukaku verdiyi müsahibədə “Çelsi”də xoşbəxt olmadığını və sabiq komandası “İnter”ə qayıtmağa ümid etdiyini söyləyib. Bundan sonra hücumçu heyətdən kənarlaşdırılıb.
Lukaku dünən komandanın baş məşqçisi Tomas Tuxeldən və komanda yoldaşlarından üzr istəyib. 28 yaşlı futbolçu bundan sonra komanda ilə məşqlərə qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin