“Çelsi” “Fənərbaxça”nın futbolçusu ilə maraqlanır

İngiltərənin “Çelsi” klubu “Fənərbaxça”nın futbolçusu Atilla Salai ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “zadəganlar”ın macarıstanlı müdafiəçi üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Salai 2021-ci ilin yanvarından “Fənərbaxça”da çıxış edir. “Transfermarkt”da dəyəri 11 milyon avro olan 23 yaşlı müdafiəçi ilə İspaniyanın “Atletiko” klubu da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button