“Çelsi”də itki – 4-cü dəfə zədələndi
İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Kristian Pulişiç zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amerikalı yarımmüdafiəçi Premyer Liqanın 30-cu turunun “Vest Bromviç”lə oyununun ilk hissəsində zədələnərək, meydanı tərk edib.
Pulişiçin son durumu tibbi müayinədən sonra bilinəcək. 22 yaşlı futbolçu bu mövsüm artıq 4-cü dəfədir ki, zədələnir.
“Çelsi” – “Vest Bromviç” matçı qonaqların 5:2 hesablı qələbəsiylə başa çatıb. Pulişiç sözügedən qarşılaşmada bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin