UEFA superkuboku matçı ruslara tapşırıldı
İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək UEFA superkuboku matçının hakimləri açıqlanıb.
Komanda.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək matçı Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sergey Karasev olacaq. Ona yan xətt hakimləri İqor Demeşko və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Belarusdan Alekey Kulbakov yerinə yetirəcək.
Avqustun 11-də keçiriləcək “Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin