Çempionşip klubuna keçdi – “Lester”lə çempion olmuş futbolçu

İngiltərənin “Bristol Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi 34 yaşlı müdafiəçi Denni Simpsonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Simpsonla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

“Mançester Yunayted”in yetirməsi olan Simpson, 2014-2019-cu illər aralığında “Lester”də çıxış edib. Cinah müdafiəçisi “tülkülər”in Premyer Liqada 2015/16 mövsümündə çempionluq yaşayan heyətində yer almışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button