Baş məşqçi aksiyaya qoşuldu, küçədə yatdı FOTO

İngiltərənin “Brayton” klubunun məşqçilər heyəti evsiz insanlara dəstək məqsədiylə aksiya keçirib.

Komanda.az xəbər verir ki, baş məşqçi Qraham Potter və köməkçiləri “Big Sleep Out” kampaniyasına qoşulub və bir gecə küçədə qalıblar.

Potter kampaniyaya qoşulmalarıyla bağlı bunları söyləyib:

“Küçədə yaşamağın daha rahat variantını yoxladıq. Belə bir ağrı ilə yaşamağın necə olduğunu təsəvvür edə bilmirəm. Evsizlərin üzərində mənasız damğa var. Bu adamlar həyatımızın ən müdafiəsiz insanlarıdır və bizə ehtiyacları var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button