Premyer Liqa klubu milli üzvü ilə yollarını ayırdı
İngiltərənin “Bernli” klubu futbolçusu Robbi Breydi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
İrlandiya milli komandasının da üzvü olan Breydi 2017-ci ildən “Bernli”də çıxış edirdi. Yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 19 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin