İngilislər üçün AFFA nümunəsi – Klubu cəzalandırmazlar, pul verərlər!
İngiltərənin “Beri” klubu mübarizə apardığı 3-cü liqadan kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqasının rəsmi saytı məlumat yayıb. “Beri”nin cəzalandırılmasına səbəb, klubun çempionatda iştirak etmək üçün lazım olan maliyyə məsələlərini qarşılaya bilməməsi olub.
İngiltərə Futbol Liqası sonuncu dəfə 1992-ci ildə “Meydston” klubunu mübarizə apardığı 4-cü liqadan kənarlaşdırmışdı.
İngiltərə Futbol Liqası 3-cü liqanın digər təmsilçisi “Bolton”a da maliyyə problemlərini həll etmək üçün 2 həftəlik vaxt verib. Komanda maliyyə məsələlərini həll etməsə, “Beri” kimi çempionatdan kənarlaşdırılacaq.
Komanda.az-ın qeydi: Azərbaycanda Premyer Liqa, 1-ci divizion klubları nəinki maliyyə problemlərinə görə çempionatdan kənarlaşdırılır, əksinə, onlara pulu AFFA özü ayırır. İngilislərin təkcə başqa sahələrdə deyil, elə futbolda da bizim federasiyadan “öyrənməli” çox şeyi var.
Bizi Facebook-da izləyin