Avropa Super Liqası matçlarının keçirilməsinə qadağa qoyulacaq – İngiltərədə
İngiltərənin baş naziri Boris Conson ölkə daxilində Avropa Super Liqası matçlarının keçirilməsinə qadağa qoyacaqlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, baş nazir, Avropa Super Liqası layihəsini dayandıracaqlarını və bunun üçün nə lazım olsa, edəcəklərini bildirib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Conson, İngiltərənin 6 klubunun Avropa Super Liqasında iştirakının qarşısının alınması üçün qanun layihəsinin hazırlanacağını da qeyd edib.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Bizi Facebook-da izləyin