Premyer Liqa klubunda yeni müqavilə
İngiltərənin “Aston Villa” klubu futbolçusu Ezri Konsanın müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Konsa 2019-cu ildən “Aston Villa”da çıxış edir. Müdafiəçinin əvvəlki müqaviləsi 2023-cü ilin yayına qədər idi.
Konsa bu mövsüm Premyer Liqada 26 oyunda 2 qol vurub. İngilis futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin