Premyer Liqa klubu milli üzvüylə müqaviləni yenilədi
İngiltərənin “Aston Villa” klubu futbolçusu Con Makqinnin müqaviləsinin müddətini artırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Makqinn 2018-ci ilin yayından “Aston Villa”da çıxış edir. Yarımmüdafiəçi Şotlandiya milli komandasının da üzvüdür.
Makqinn bu mövsüm Premyer Liqada 9 oyuna 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin