“Arsenal” futbolçularını karantinə aldı
İngiltərənin “Arsenal” klubunun futbolçularından bir neçəsi ev karantininə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bu addım, “Nottinqem Forest”in və “Olimpiakos”un sahibi Yevangelos Marinakisin koronavirusa yoluxması ilə bağlıdır. Belə ki, iki həftə əvvəl “Arsenal”ın bəzi futbolçuları Avropa Liqasının “Olimpiakos”la matçında Marinakislə təmasda olub.
“Arsenal” bununla yanaşı, yunanlarla Londonda keçirilən görüşdə Marinakisin yanında əyləşən 4 işçisini də ev karantininə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin