“Arsenal”da ciddi itki – mövsümü bitirə bilər

İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi David Luis sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Mikel Arteta “Sky Sports”a açıqlamasında bildirib. Arteta, braziliyalı müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını deyib.

Luisin əməliyyat olunmasına ehtiyac yaransa, müdafiəçi mövsümün qalan hissəsini buraxmalı olacaq.

“Arsenal” Premyer Liqada 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button