
“Arsenal”da itki – 3 həftə olmayacaq
İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin futbolçusu Dani Sebalyos sıradan çıxıb. 23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Vitoriya” ilə matçında (1:1) zədələnib.
İspan yarımmüdafiəçinin üç həftəyə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin